Mağazanı qarət edən şəxs ələ keçib
11 Aprel 2019 16:14 KriminalXətai rayonunun M.Hadi küçəsində fəaliyyət göstərən mağazalardan biri qarət olunub. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 9-da saat 18 radələrində Xətai rayonunun M.Hadi küçəsindəki mağazaların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal polis əməkdaşları hadisə yerinə gəlmişlər. Oradan geyim əşyaları oğurlamış paytaxt sakini Y.Balabanova polis əməkdaşları tərəfindən saxlanılmış və 34-cü Polis Şöbəsinə təhvil verilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31