Bank hesabından pul oğurlayan saxlanıb

Kürdəmir rayon sakininin pulunu ələ keçirən şəxs saxlanıb

Kürdəmir rayon sakininin pulunu ələ keçirən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Q.Tağıyevanın 200 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Eminov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Ş.Hüseynovun və Ə.Əzizovun bank hesablarından ümumilikdə 400 manat pullarını çıxararaq oğurlaması da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31