Dəmir yolunda oğurluq etmək istəyən “iş başında” yaxalanıb
Hacıqabul dəmir yolu stansiyasının ərazisindən oğurluğa cəhd edilib
10 Aprel 2019 15:33 KriminalHacıqabul dəmir yolu stansiyasının ərazisindən oğurluğa cəhd edilib. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, aprelin 9-da saat 8 radələrində Hacıqabul dəmir yolu stansiyasının ərazisindən 100 ədəd şpal altlığı, 30 ədəd rels birləşdiricisi, 3 kisə kastil və 3 kisə bolt-qaykanı oğurlamağa cəhd göstərən Hacıqabul rayon sakinləri H.Xəlfəyev və Ə.Məmmədov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31