Həbsdə olan şəxsin evinin zirzəmisində silah aşkar edilib
Binəqədi qəsəbəsi ərazisində yerləşən evə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi bir ədəd odlu silah - “IJ” markalı, 16 kalibrlı tüfəng və beş ədəd patron aşkar edilərək götürülmüşdür
10 Aprel 2019 14:05 KriminalPenitensiar Xidmətin və polis əməkdaşlarının birgə əməliyyatı uğurla nəticələnib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən həbs edilmiş Abbasov Heybət Həsən oğlunun əvvəllər yaşadığı Bakı şəhəri Binəqədi qəsəbəsi ərazisində yerləşən evə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi bir ədəd odlu silah - "IJ" markalı, 16 kalibrlı tüfəng və beş ədəd patron aşkar edilərək götürülmüşdür. Fakt üzrə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis şöbəsi tərəfindən araşdırma aparılır.