Xadimə işlədiyi mənzildən 40 min manatlıq qızıl oğurladı
Xadimə işlədiyi mənzildən 40 min manatlıq qızıl oğurladı
8 Aprel 2019 14:20 KriminalNizami RPİ-nin 25-ci Polis Şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olmuşdur. DİN Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31