Aeroport yolunda ağır qəza: "Jiquli" aşdı - VİDEO

Aeroport yolunda avtomobil qəzası baş verib

Bakıda avtomobil qəzası baş verib.

Hadisə Aeroport yolunda qeydə alınıb. 

Şəhərdən Mərdəkan istiqamətində hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində, iki maşından biri olan "VAZ 2107" aşıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerində DYP əməkdaşları işləyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31