Çayda batan kişinin cəsədi çıxarılıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun İkinci Nügədi kəndində 1984-cü il təvəllüdlü Qubadov Nemət Şıxverdi oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub
5 Aprel 2019 11:45 KriminalFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun İkinci Nügədi kəndində 1984-cü il təvəllüdlü Qubadov Nemət Şıxverdi oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub. FHN-dən "Olaylar"a bildirilib ki, hadisə yerinə nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Həyata keçirilən birgə tədbirlər nəticəsində N.Qubadovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.