Özünü döydü, pul kisəsini əlindən aldı

Paytaxtda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanıb

Paytaxtda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 3-də Xətai rayonunun K.Kərimov küçəsindəki kafelərin birində naməlum şəxs Bakı şəhər sakini Ə.Mirzəyevi döyüb içərisində 100 manat və maaş kartı olan pul kisəsini almışdır. Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Qasımov saxlanılmışdır. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31