Kitabxana müdiri yol-nəqliyyat hadisəsinin qurbanı olub

Sumqayıtda 55 yaşlı kişi ağır yol-nəqliyyat hadisəsinin qurbanı olub

Sumqayıtda 55 yaşlı kişi ağır yol-nəqliyyat hadisəsinin qurbanı olub. "Olaylar"xəbər verir ki,  aprelin 1-də Tağıyev Faiq Təriş oğlu yolu keçərkən onu maşın vurub. Məlum olub ki, yol qəzası qurbanı kitabxana direktoru işləyib. Xəsarət alan piyada Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Klinikanın baş həkimi Rauf Sadıqovun sözlərinə görə, həkimlərin bütün səylərinə baxmayaraq, F.Tağıyev aprelin 4-də gecə dünyasını dəyişib. Faktla bağlı şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31