Xaçmazda doğuş zamanı körpə öldü, ananın vəziyyəti ağırdır

Xaçmazda doğuş zamanı ölüm hadisəsi qeydə alınıb.

Olaylar.az xəbər verir ki, Xaçmaz şəhər sakini 1996-cı il təvəllüdlü Veyisova Könül Nazim qızının yeni doğulmuş körpəsi ölüb. Belə ki, 9 ayı tamam olan hamilə qadını Xaçmaz Regional Perinatal Mərkəzinə təcili doğuşa qəbul edilib. Hazırda ananın vəziyyətidə ağırdır. 

Körpənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayyon şöbəsinə aparılıb.

Xatırladaq ki, K. Veyisovanın ilk hamiləliyidir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda  araşdırma aparılır./Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31