Bakıda marşrut avtobusu aşdı: ölən var
12 Avqust 2018 10:46 KriminalSuraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, avqustun 10-da saat 20 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini Tarıyel Rəhimov 64 saylı xətt üzrə idarə etdiyi "Daewoo" markalı avtobusu dərəyə aşırıb.
Avtobusda sərnişin olmayıb, sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31