Bakıda qadın ərə getmək istəmədiyi kişi tərəfindən öldürüldü
11 Avqust 2018 17:30 KriminalDünən Bakının Xəzər rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Olaylar.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Xəzər rayonunun hüquq-mühafizə orqanlarından məlumat veriblər.
Məlumata əsasən, 1994-cü il təvəllüdlü Bakı sakini Hümbətova Səkinə Hüseyn qızına Buzovnadakı evinin qarşısında çoxsaylı bıçaq zərbələri endirilib. Əməliyyat-axtarış qrupu hadisə üzrə şübhəlinin şəxsiyyətini müəyyən edib. Məlum olub ki, hadisəni Ağsu rayon sakini, daha əvvəl məhkum olunmuş Mərdanov Zəfər Rafiq oğlu törədib. Mərdanov hələlik saxlanılmayıb, bu istiqamətdə iş gedir.
Həmçinin müəyyən olunub ki, hadisə yerinə Mərdanov tanışı Zülfiyyə Şiriyevaya məxsus Mitsubishi markalı avtomobillə gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31