Bakıda İTKİN DÜŞDÜ - 11 il sonra axtarışa verildi
10 Avqust 2018 11:00 KriminalBakıda 2007-ci ildə itkin düşən şəxs axtarışa verilib.
Olaylar.az xəbər verir ki, bu barədə Trend-ə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayonu, Vidadi küçəsi, döngə 5, mənzil 2 ünvanında yaşayan Qarayev Nadir Əhəd oğlu avqustun 8-də Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə ərizə ilə müraciət edərək qardaşı oğlu, 1964-cü il təvəllüdlü Qarayev Əhəd Adil oğlunun 2007-ci ilin yanvar ayında yaşamaq üçün Rusiyaya getdiyini və geri qayıtmayaraq itkin düşdüyünü bildirib.
Faktla bağlı Nəsimi RPİ-nin 22-ci polis bölməsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31