Sabirabad rayonunun Ulacalı kəndində ümumi sahəsi 84 m2 olan taxta konstruksiyalardan ibarət nasosxanada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə nasosxananın içərisində quraşdırılmış su nasosu və elektrik kabelləri yanıb. Yaxınlıqdakı digər nasosxana yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31