Ağcabədidə 4 otaqlı ev yanıb

Ağcabədi rayonunun Hüsülü kəndindində vətəndaşa məxsus evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə,   ümumi sahəsi 132 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 116 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31