Avtomobildən oğurluq edən şəxs saxlanıb

Oğurluqda şübhəli bilinən Biləsuvar şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 19-da şəhər ərazisində "Mercedes" markalı avtomobildən 20 manat və qol saatı oğurlamaqda şübhəli bilinən şəhər sakini S.Həsənzadə saxlanılııb. Onun həmin gün başqa bir "Mercedes" markalı avtomobildən 50 manat oğurlaması da müəyyən edilib. Faktla bağlı  araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31