Avtomobil sahiblərinə dəymiş maddi ziyan ödətdirildi
25 İyul 2018 18:25 KriminalPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində "Toyota", "Mercedes" və "Ford Tranzit" markalı 3 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Həsənov saxlanılıb. Polis əməkdaşları tərəfindən mobil telefon ondan maddi sübut kimi götürülüb, avtomobil sahiblərinə dəymiş maddi ziyan ödətdirilib. N.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tədbir görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31