Silsilə oğurluqla məşğul olan şəxs yaxalanıb

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Emin Tağıyev saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-dən iyulun 6-dək olan müddətdə şəhər ərazisindəki altı həyətdən, bir mağazadan məişət əşyaları, inşaat materialları, tütün məmulatı, 15 göyərçin və 8 ev quşu, habelə iki nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Tağıyev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31