Qəbələ sakini özünü 7-ci mərtəbədən atmaq istədi
25 İyul 2018 13:22 KriminalBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ şəhərində 1 nəfər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində pilləkən qəfəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31