Avtomobil qaçıran şəxs tutulub
24 İyul 2018 17:38 KriminalAvtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 23-də saat 16 radələrində Sumqayıt şəhər sakini Elvin Vəliyevin "Moskviç" markalı avtomobilinin Lökbatan qəsəbəsi ərazisində qaçırılması barədə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Hacıqabul şəhəri ərazisində hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə nəqliyyat vasitəsi Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxsin Hacıqabul rayon sakini Tərlan Ağazadə olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31