Sumqayıtda 3 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı
5 May 2018 10:28 KriminalSumqayıt şəhərində 3 yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.Hadisə 10-cu mikrorayon, ev 1, mənzil 51-də qeydə alınıb.Sumqayıt şəhər sakini, 2015-ci il təvəllüdlü Nəzərli Murad Elşən oğlu yaşadığı binanın 2-ci mərtəbəsindən yıxılıb. Azyaşlı ağır bədən xəsarətləri ilə dərhal şəhər xəstəxanasının zədə məntəqəsinə çatdırılıb.Xəstəxanadan verilən məlumata görə, 3 yaşlı Murad Nəzərlinin vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31