Bakıdakı Formula-1-in qalibi qəzaya düşdü
Avstriyanın Şpilberq icmasındakı "Red Bull Rinq"də Formula-1 yarışlarının növbəti mərhələsi keçirilir.
3 İyul 2016 11:50 KriminalAvstriyanın Şpilberq icmasındakı "Red Bull Rinq"də Formula-1 yarışlarının növbəti mərhələsi keçirilir.
Turnirin lideri Niko Rosberq qəzaya düşüb, bolidin ötürmə qurğusu dağıldığından onu cərimə gözləyir.
Milli.Az "Vesti"yə istinadən bildirir ki, "Mercedes" komandasının pilotu Avstriya Qran-prisində üçüncü sərbəst yürüş zamanı döngədə avtomobilinin arxa sol asqısı qırıldığından idarəetməni itirib və bolid maneəyə çırpılıb.
Üçüncü sərbəst yürüşü "Ferrari"dən olan digər alman pilot, Sebastyan Fettel 1 dəq. 7.098 san. göstərici ilə qazanıb. İkinci onun komanda yoldaşı Kimi Raykkonen, üçüncü isə "Mercedes"in hazırki dünya çempionu Lüis Hemilton olub.
Xatırladaq ki, Niko Rosberq Bakıda keçirilən Avropa Qran-prisində qalib gəlmişdi.