Qazaxıstanda iki qatar toqquşdu

Qazaxıstanın Almatı vilayətində qatar qəzası baş verib. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 2 qatar toqquşub. Məlumatlara görə, qatarlar "Türksib trans tasımalı" şirkətinə məxsus olub: "Qəzaya səbəb qatarların birinin əyləc sistemində yaranmış problem olub. Hadisə zamanı xəsarət alan olmasa da, qatarlara ciddi ziyan dəyib. Faktla bağlı araşdırmalar davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31