Vətəndaşın 800 manatını alan 5 nəfərlik dəstə ifşa olunub
18 May 2016 17:46 KriminalMayın 17-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində şəxsiyyəti məlum olmayan 5 nəfər qəsəbə sakini Vasif Namazovu küt alətlə hədələyib 800 manat pulunu almışdır. DİN-dən verilən mlumata görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Şahin Kərimov, Vahid Şirinov və Elvin Abbaszadə tutulmuş, digər şəxslər isə müəyyən edilmişdir. Nizami RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31