Jurnalistin evi qarət olundu
18 May 2016 11:23 KriminalAPA informasiya agentliyinin əməkdaşı Mübariz Aslanovun yaşadı mənzil qarət olunub. "Olaylar" xəbər verir ki, jurnalistin sözlərinə görə, mayın 17-də kirayədə yaşadığı Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar. Hadisə baş verən vaxt evdə heç kim olmayıb. Hadisə barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib. Daxil olan məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən məlumatlar toplayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31