Liftlərə qənim kəsilən ələ keçib

Paytaxtda liftlərə qənim kəsilən şəxs tutulub. DİN-dən verilən məlumata görə, cari ilin aprel-may ayları ərzində Xətai rayonu ərazisində yerləşən binalardan birinin liftlərindən əyləc dolaqları oğurlanıb. Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasiliy Pavlov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31