Traktorla avtomobil toqquşub, 2 nəfər ölüb, 1-i yaralanıb

Qax şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, mayın 16-da saat 21 radələrində Qax şəhərində şəhər sakini Ümid Muradovun idarə etdiyi "Ekskovator YMZ" markalı traktorla Şəki rayon sakini Firuddin Təhməzovun idarə etdiyi "VAZ-21214" markalı avtomobil toqquşub. Nəticədə F.Təhməzovun sərnişinləri, İlisu kənd sakinləri Səlihə Muradova və Xanpəri Muradova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31