Qadını hədələyərək avtomobili qaçıranlar saxlanıb
17 May 2016 16:56 KriminalMayın 16-da Xətai rayonu ərazisində Bakı şəhər sakini Sevda Rəfiyeva "Kia" markalı avtomobilinə oturarkən naməlum şəxs bıçaqla onu hədələyib həmin nəqliyyat vasitəsində hadisə yerini tərk edib. DİN-dən verilən mlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən qeyd edilən avtomobilin həmin gün saat 21 radələrində Yasamal rayonu ərazisində hərəkətdə olması aşkar edilib. Əlahiddə Çevik Polis Alayı, Yasamal RPİ 29-cu PB və Xətai RPİ 37-ci PB əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə avtomobil saxlanılmış, quldurluq hadisəsini törətmiş Bakı şəhər sakini Orxan Xıdırov və həmyerlisi Aleksandr Semyonov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31