Həmkəndlisini güllələyib qaçdı
16 May 2016 18:27 KriminalMayın 15-də Göyçay rayonunun Alıkənd kəndində kənd sakini Raqif Məmmədov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Nurlan Məmmədova xəsarət yetirərək hadisə yerini tərk edib. DİN-dən verilən məlumata görə, Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub, hadisə törədilərkən istifadə edilmiş müvafiq sənədi olmayan İJ-17 markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31