Qadın evi qarət etdi, sonra da yandırdı
16 May 2016 18:24 KriminalBakıda oğurluq törədən qadın evi yandırıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də Bakı şəhər sakini Allahverdi Əhmədova məxsus evdən qızıl əşyalar oğurlamış və yataq otağını yandırmış Bakı şəhər sakini Aynur Ağaməmmədova tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31