Bankomatın şüşəsini sındıran qadınlar tutuldular

Bakıda bankomatın ekranının şüşəsini sındıran qadınlar tutulublar. Milli.Az bildirir ki, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb. Nazirlikdən bildirilib ki, mayın 15-də, saat 04.00-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki "Bank VTB" ASC-yə məxsus Bakıxanov filialından Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən orada quraşdırılan bankomatın ekran şüşəsinin sındırılması müəyyən edilib. Bankomatın qarşısında dayanan əllərində daş olan Bakı şəhər sakinləri Almaz Muradova və Elmira Muradova saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31