Keçmiş məhkum həmyerlisini qətlə yetirib

Mayın 11-də Pirallahı rayon sakini Namiq Balayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. DİN-dən verilən məlumata görə, o, xəstəxanaya aparılarkən dəniz sahilində qayığın lövbərinin üstünə yıxılması nəticəsində xəsarət almasını bildirmişdir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Araşdırmalar zamanı N.Balayevə xəsarətin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidaddin İbrahimov tərəfindən yetirilməsi müəyyən edilmişdir. Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.İbrahimov tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31