Anasını döyərək öldürən saxlanıb
26 Aprel 2016 14:02 KriminalDaxili İşlər Nazirliyi Bakıda anasını öldürən şəxslə bağlı məlumat yayıb. "Olaylar" nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 78 yaşlı Lidiya Avşarovnanın üzərində döyülmə üçün xarakterik olan meyiti mənzilində tapılıb. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı oğlu İqor Avşarov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31