İtkin düşən qızın meyiti kanalda tapılıb
26 Aprel 2016 14:00 KriminalQuba rayonunda itkin düşən 15 yaşlı qızın intihar etdiyi müəyyənləşib."Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 19-da itkin düşmüş Quba rayon sakini Güldanə Tağıyevanın həmin gün Samur-Dəvəçi kanalının Barlı kəndinin ərazisindən keçən hissəsində özünü kanala atması müəyyən edilib. Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür. Xatırladaq ki, aprelin 19-da günorta saatlarında Quba rayon sakini, 2001-ci il təvəllüdlü Güldanə Tağıyeva orta məktəbdən çıxmış və geri qayıtmamışdı. G.Tağıyevanın nişanlı olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31