İqtisadiyyat
“Cənub Qaz Dəhlizi” mühüm iqtisadi və siyasi əhəmiyyətə malikdir
"29 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimi keçirilb. Bu ölkəmizin tarixində çox mühüm bir tarixi gündür. Layihənin icrasına 2014-cü ildən başlanıb. Bu vaxta kimi layihənin reallaşmasına 40 milyard dollardan artıq sərmayə qoyulub və qoyulacaqdır. Layihənin həyata keçirilməsi nəticəsində 30 mindən çox yeni iş yerləri yaranacaq". Bunu millət vəkili Rauf Əliyev deyib.
Rənglənmə ilə əlaqədar hərəkət hissə-hissə qismən məhdudlaşdırılır
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 09:30-dan axşam saatlarınadək Binəqədi- Qaradağ rayonu, Xocasən-Lökbatan yolu, Xocasən dairəsindən Meyvəli dairəsinə kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
BNA müsabiqə elan edir
Bakı Nəqliyyat Agentliyi “Beynəlxalq Avtovağzal” kompleksi – “8-ci km Bazarı”nı əlaqələndirən 20 nömrəli və Yeni Yasamal qəsəbəsi (“Qismət” ş.s) – “Xalqlar Dostluğu” metrostansiyasını əlaqələndirən 94 nömrəli marşrut xətləri ilə bağlı müsabiqə elan edib.
Bu yolda təmir işləri aparılacaq
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 01 iyun 2018-ci il tarixində saat 09:30- dan axşam saatlarınadək Bakı-Ələt-Qazax avtomobil yolunun 14-320 km-də (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.
Azad iqtisadi zona xüsusi qaydalarla fəaliyyət göstərəcək
“Bu məsələdə mənafeyimizə, Konstitusiyamıza zidd ola biləcək heç nə yoxdur”
Azərbaycan nefti bahalaşdı
Energetika naziri Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa EmmaNikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.
200 manatlıq əskinasları haradan əldə etmək olar?
Ölkəmizdə tədavülə yenicə buraxılmış 200 manatlıq əskinasları indi Azərbaycan Beynəlxalq Bankının bankomatlarından əldə etmək olar. Bank bu gündən etibarən inkassasiya zamanı bəzi bankomatlarında digər nominallarla yanaşı, 200 manatlıq əskinasların da yerləşdirilməsinə başlayıb. Hazırda 200 manatlıq əskinasları müştərilər bankın Baş ofis binası, Səbail filialı, Nəsimi filialı, Mərkəzi filialı, Port Baku və Socar Tower-dəki bankomatlarından əldə edə bilərlər. Yaxın günlərdə Azərbaycan Beynəlxalq Bankının bəzi digər bankomatlarında da bu əskinaslarla nağdlaşdırma aparmaq mümkün olacaq.
"“Cənub Qaz Dəhlizi” layihəsindən bir çox ölkə bəhrələnəcək"
“Cənub Qaz Dəhlizi” Azərbaycan, Gürcüstan, Türkiyə, həm də Avropa üçün böyük əhəmiyyətə malikdir". Bunu SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransının ikinci günündə jurnalistlərə bildirib.
""Cənub Qaz Dəhlizi"nin açılışı Azərbaycanın növbəti uğurudur"
Ödəmə terminalları 200 manatlıqların qəbulu üçün uyğunlaşdırılır
Ödəmə terminallarının quraşdırılması və servis mərkəzləri terminalları yeni, 200 manatlıq əsginasların qəbulu üçün uyğunlaşdırır.
“Aİ-92” markalı benzinin istehsalı dayandırılır
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılacaq. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib.
“Bakcell”in dəstəyilə daha iki gənc kiçik biznes qurdu
Ümumdünya Turizm Təşkilatından təşəkkür məktubu
İsrailin Azərbaycandakı səfiri Azercell şirkətinin Barama Innovasiya və Sahibkarlıq Mərkəzini ziyarət etdi
“Azercell Telekom” MMC-nin Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr yerli və beynəlxalq təşkilatların marağına səbəb olub.

.jpg)







.jpg)

.jpg)


