Ümumdünya Turizm Təşkilatından təşəkkür məktubu
31 May 2018 17:08 İqtisadiyyatBakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Zakir Əliyevin ünvanına Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi cənab Zurab Pololikşvili adından təşəkkür məktubu daxil olub. "OLAYLAR"-a Mərkəzin mətbuat xidmətindən bildirilib ki, məktubda cənab Pololikaşvili ÜTT adından cənab Əliyevə peşəkar fəaliyyətinə, ölkənin turizm sektorunun inkişafına töhfə verdiyinə və BTİM-in (ÜTT-nın əlaqəli üzvü) direktoru qismində ÜTT-nın tədbirlərində və fəaliyətində iştirakına görə təşəkkürünü bildirib.
Məktubda həmçinin Əliyevin ölkəsində turizmin inkişafına yönəlmiş səylərinin davam edəcəyinə dair əminlik vurğulanıb.
Qeyd edək ki, ÜTT- BMT-nin hökumətlərarası ixtisaslaşmış təşkilatı olaraq 158
iştirakçı ölkəni və 507 əlaqəli üzvünü birləşdirir. Bakı Turizm İnformasiya Mərkəzi 2011-ci ildən ÜTT-nın əlaqəli üzvüdür.