Rənglənmə ilə əlaqədar hərəkət hissə-hissə qismən məhdudlaşdırılır
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 09:30-dan axşam saatlarınadək Binəqədi- Qaradağ rayonu, Xocasən-Lökbatan yolu, Xocasən dairəsindən Meyvəli dairəsinə kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
1 İyun 2018 11:39 NəqliyyatBakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 09:30-dan axşam saatlarınadək Binəqədi- Qaradağ rayonu, Xocasən-Lökbatan yolu, Xocasən dairəsindən Meyvəli dairəsinə kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
"OLAYLAR"-a AAYDA-dan daxil olan məlumata görə, bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.