“Cənub Qaz Dəhlizi” mühüm iqtisadi və siyasi əhəmiyyətə malikdir
"29 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimi keçirilb. Bu ölkəmizin tarixində çox mühüm bir tarixi gündür. Layihənin icrasına 2014-cü ildən başlanıb. Bu vaxta kimi layihənin reallaşmasına 40 milyard dollardan artıq sərmayə qoyulub və qoyulacaqdır. Layihənin həyata keçirilməsi nəticəsində 30 mindən çox yeni iş yerləri yaranacaq". Bunu millət vəkili Rauf Əliyev deyib.
1 İyun 2018 11:55 İqtisadiyyat"29 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Cənub Qaz Dəhlizi"nin rəsmi açılış mərasimi keçirilb. Bu ölkəmizin tarixində çox mühüm bir tarixi gündür. Layihənin icrasına 2014-cü ildən başlanıb. Bu vaxta kimi layihənin reallaşmasına 40 milyard dollardan artıq sərmayə qoyulub və qoyulacaqdır. Layihənin həyata keçirilməsi nəticəsində 30 mindən çox yeni iş yerləri yaranacaq".
Bunu millət vəkili Rauf Əliyev deyib.
Millət vəkili qeyd edib ki, bu layihədən 20 il öncə, 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalamaqla həm Azərbaycanın gələcək inkişafı üçün həlledici imkanlar yarandı, həm də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevrildi: "Ümumimilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz Avropada enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. "Əsrin müqaviləsi" Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, "Cənub Qaz Dəhlizi" XXI əsrin nəhəng razılzşmalarindan biridir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizə olan iqtisadi və siyasi marağı daha da gücləndirib".
R.Əliyev bildirib ki, bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gücüstan, Türkiyə, Yunanıstaan, Bolqarıstan, Albaniya ərazisindən keçməklə və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 km-dən artıq uzanan boru kəməri vasitəsilə çatdıralacaq: "Layihənin həyata keçirilməsində Türkiyəni, Gürcüstanı, Böyük Britaniyanı, Rusiyanı, Fransanı və digər ölkələri təmsil edən 12-ə qədər məşhur şirkət iştirak edir. Bu layihə geniş beynəlxal əməkdaşlığı reallaşdıran bir layihədir. Azərbaycan belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəni həyata keçirməklə beynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin edir.
"Cənub Qaz Dəhlizi"nin açlışı göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihənin reallaşması ölkəmizdə neft-qaz sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir".
SİA