İqtisadiyyat

Qaradağda avtomobil yolunun tikintisinə 11,6 milyon manat ayrılıb

16 Avqust 2018 18:43

Prezident İlham Əliyev Qaradağ rayonunun Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevirdi

16 Avqust 2018 16:09

“Azərbaycanın müstəqilliyinin bərpa olunduğu 25 ildən artıq bir zaman müddətində ölkəmizin güclü iqtisadiyyata malik olması, dünya iqtisadiyyatına inteqrasiyası mühüm faktorlardandır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi strategiyanın həyata keçirilməsi nəticəsində ölkəmizdə, o cümlədən regionlarda siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır. İqtisadi inkişaf konsepsiyası möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Toxumçuluq mövzusuna həsr olunmuş regional müşavirə keçiriləcək

16 Avqust 2018 16:02

Kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan təlabatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.