Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevirdi

“Azərbaycanın müstəqilliyinin bərpa olunduğu 25 ildən artıq bir zaman müddətində ölkəmizin güclü iqtisadiyyata malik olması, dünya iqtisadiyyatına inteqrasiyası mühüm faktorlardandır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi strategiyanın həyata keçirilməsi nəticəsində ölkəmizdə, o cümlədən regionlarda siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır. İqtisadi inkişaf konsepsiyası möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Azərbaycanın müstəqilliyinin bərpa olunduğu 25 ildən artıq bir zaman müddətində ölkəmizin güclü iqtisadiyyata malik olması, dünya iqtisadiyyatına inteqrasiyası mühüm faktorlardandır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi strategiyanın həyata keçirilməsi nəticəsində ölkəmizdə, o cümlədən regionlarda siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır. İqtisadi inkişaf konsepsiyası möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2004-cü ildən davamlı olaraq regionların hərtərəfli inkişafına yönəldilmiş dövlət proqramları qəbul olunub. Əsas məqsəd regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafını təmin olunması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, ölkədə yoxsulluğun səviyyəsinin azaldılması olmuşdur".

Bu fikirləri Olaylar.az - a Azərbaycan Milli QHT Forumum vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Tarix elmləri namizədi Nüşabə Məmmədova bildirib.

Nüşabə Məmmədova qeyd edir ki, regionların sosial-iqtisadi inkişafına dair 2004-2008; 2008-2014 və 2014-2018-ci illər üzrə Dövlət Proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, iqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və yeni iş yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin icrası və bunun nəticəsi olaraq əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamışdır. "Bütün bunlarla yanaşı iqtisadiyyatın digər sahələrini əhatə edən Dövlət Proqramları qəbul olunmuşdur: "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018 - 2025 - ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025 - ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018 -2027-ci illər üçün Dövlət Proqramı" qəbul olunub. Düşünürük ki, bu proqramların həyata keçirilməsi regionlarada güclü sosial-iqtisadi inkişafa əhəmiyyətli təsir göstərəcəkdir".

"Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən kənd təsərrüfatı sahəsində inkişaf dinamikası müşahidə olunmaqdadır. Dövlət Proqramna uyğun olaraq, kənd təsərrüfatı sahəsində idarəetmə şəffaflığının və səmərəliliyinin artırılmasının mühüm vasitəsi kimi, elektron hökumətin genişləndirilməsi siyasətinə əsasən, ölkəmizdə Avropa təcrübəsinə uyğun "İnteqrasiya olunmuş nəzarət sistemi" (IACS) prinsiplərinə əsaslanan "Elektron kənd təsərrüfatı" sisteminin yaradılması istiqamətində qısa müddət ərzində genişmiqyaslı işlər görülüb.

Məhz butün bunlar regionlarda aparılan social-iqtisadi siyasətin nəticəsidir ki, kənd təsərrüfatı məhsulları ixracının son bir neçə ildən etibarən başlayan yüksək artım dinamikası cari ildə daha böyük templə davam edib. Belə ki, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac 374,8 milyon ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,4 faiz çoxdur".

Nüşabə Məmmədova bildirir ki, qəbul olunmuş Dövlət Proqramlarına əsasən, regionlarada aqrar sahənin dinamik inkişafının təmin edilməsi məqsədilə texnika parkının yenilənməsi üzrə tədbirlər həyata keçirilmiş və bu tədbirlər davam etdirilməkdədir. "Beynəlxalq təcrübədən istifadə olunmaqla Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti yenidən təşkil edilib. Vətəndaşlara göstərilən xidmətlərin daha asan və şəffaf həyata keçirilməsi məqsədilə Dövlət Müfəttişliyinin "Səyyar Xidmət" Qrupu da yaradılıb.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsait bu sahədə inkişafa yardım olaraq istehsalçılara verilmişdir. Ümumilikdə 2017-ci ilin oktyabr ayına olan məlumata görə, ölkədə 1341 kənd ərazi komissiyası üzrə 372,0 min istehsalçıya 1025,9 min hektar əkin sahəsi və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə cəmi 68421,9 min manat məbləğində yardım olunmuşdur.

Kənd təsərrüfatı istehsalçılarına mineral gübrələrin satışına dövlət büdcəsi vəsaiti hesabına tətbiq edilən güzəşt, həcminin artırılmasının nəticəsi olaraq, bu vasitələrdən istifadə səviyyəsinin əsaslı şəkildə yüksəlməsi davamlı xarakter alıb".

Nüşabə Məmmədova vurğulayır ki, müsəqilliyinin bərpa olunduğu dövrdən, xüsusilə 1993-cü ildən dinamik inkişafla səciyyələnən proseslər kontekstindıə Azərbaycan dünyaya yeni dövlətçilik modelinin tanıtdıqmağa nail oldu.

"Dövlət proqramında nəzərdə tutulan yenidənqurma işləri turizmə müsbət təsir göstərən amillərdəndir. Bu tədbirlər ümumilikdə sahibkarlığın inkişafına yeni otellərin açılmasına, mədəni-kütləvi, istirahət obyektlərinin sayının artmasına şərait yaradır. Bu da özlüyündə artıq turistlərin təkcə paytaxtda deyil bölgələrə də üz tutmasını şərtləndirir. Turizmin Azərbaycanda inkişaf etməyən digər sahələrinin xüsusilə də aqro turizmin inkişafına səbəb olur. Kənd yerlərində insanların öz evlərini turistlərə kirayə verməsi, onlara xidmətlərin göstərilməsi əhalinin də maddi durumuna müsbət təsir edir. Azərbaycan iqtisadiyyatı üçün də turizmin inkişafı səmərəlidir, çünki ölkəyə əlavə vəsaitlərin daxil olmasını əhalinin güzəranının yaxşılaşması ilə yanaşı ölkənin makro iqtisadiyyatı üçün də əhəmiyyətli rol oynayır. Ümumilikdə bu da Azərbaycanın dünya miqyasında geniş tanınmasına şərait yaradır. Bu da özlüyündə ölkəyə olan marağı artırır, investisiyaların axının şərtləndirir.

Bölgələrdə aparılan yenidənqurma işləri turizmin inkişafına əhmiyyətli təsir göstərdi. Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda turizmin inkişafı əsas prioritetlərdən biri olmuşdur. Bölgələrdə turizm ehtiyatlarının genişləndirilməsi, turizm istirahət mərkəzlərinin və onların müasir standartlara uyğunlaşdırılması, turizmin inkişafı ilə bağlı layihələrin icrası davam etdirməkdədir".

"Regionlarda turizmin inkişaf istiqamətlərindən biri də turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü layihələrin həyata keçirilməsidir. Bu sahədə layihələrin təşkili ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması və bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə müasir informasiya və kommunikasiya texnologiyaları vasitəsilə təşviq işinin genişləndirilməsinə geniş yol açmışdır. Regionlarda turizm zonalarında

müvafiq infrastrukturun yaradılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması istoqamətində əhəmiyyətli addımlar atılmışdır. Turizm sektorunda çalışan işçi heyətinin peşə hazırlığı səviyyəsinin artırılması vasitəsilə regionlarda turizm xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görülmüşdür".

Nüşabə Məmmədova bildirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevirib. "Bu istiqamətdə əldə olunan uğurlar Azərbaycanın beynəlxalq səviyyədə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirməkdədir. Məhz bunun nəticəsidir ki, ölkəmiz regionun ən güclü dövləti, dünyanın söz sahibi olan dövlətlərindən birinə çevrilmişdir. Bu bütün tərəfləri ilə yanaşı, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyası ilə bağlıdır. Azərbaycan iqtisadiyyatının dünya ölkələrinə inteqrasiyanının daha geniş formada təmin etmək üçün dövlətin xarici ticarət siyasətində qeyri-neft məhsullarının ixracının genişləndirilməsi prioritet istiqamətlərdəndir. Bununla əlaqədar 2014-2018-ci illərdə Dövlət Proqramı çərçivəsində regionların inkişafında böyük rolu olan kənd təsərrüfatı və emalı məhsullarının hədəf bazarlara çıxış imkanlarının araşdırılması və artırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür".

"Həmçinin regionlarda fəaliyyət göstərən sahibkarların xarici ölkələrə ixrac imkanlarının genişləndirilməsi üçün mütəmadi tədbirlər həyata keçirilmişdir. Azərbaycanda milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi bu sahədə mühüm addımlardan biridir. Azərbaycanda xarici ticarətin inkişafı üçün infrastruktur təminatının daha da yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin təşkili, milli məhsulların dünya bazarlarına çıxış imkanlarının artırılması məqsədilə ixracatçı müəssisələrin beynəlxalq sərgi və yarmarkalarda iştirakı stimullaşdırılması, ixracda elektron ticarət xidmətlərindən geniş istifadə imkanlarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində müvafiq işlər görülməsi Azərbaycan iqtisadiyyatının bu inkişafını dünya ölkələrinə necə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31