Beynəlxalq reytinq agentliklərindən Türkiyə iqtisadiyyatına növbəti zərbə

Beynəlxalq reytinq agentlikləri "S&P Global Ratings" və "Moodychr("39")s" lirənin kəskin ucuzlaşması fonunda Türkiyənin reytinqini azaldıblar.

Olaylar.az xəbər verir ki, "S&P Global Ratings" Türkiyənin xarici valyutada uzunmüddətli kredit reytinqini "B+"dən "BB-"ə qədər, milli valyutada isə "BB-"dən "BB"ə qədər endirib. Reytinqlərin proqnozu "stabil" kimi qiymətləndirilib. Türkiyənin xarici və milli valyutada qısamüddətli kredit reytinqi isə "B" səviyyəsində göstərilib.

"Uzunmüddətli kreditlərin reytinqlərinin azalması bizim gözləntilərimizi əks etdirir. Türk lirəsi kursunun həddən artıq dalğalı olması və buna uyğun ödəniş balansının korrektə olunması Türkiyə iqtisadiyyatına zərbə vurur. Gələn ilə Türkiyə üçün ressesiya proqnazlaşdırırıq" - agentliyin ekspertləri bildirir.

S&P-nin qiymətləndirməsinə görə, gələcək dörd ayda Türkiyədə inflyasiya 22%-ə çatacaq, 2019-cu ilin ortalarında isə 20%-dən aşağı enəcək.

Agentliyin analitikləri qeyd edirlər ki, lirənin ABŞ dollarına nisbətdə kəskin zəifləməsi Türkiyənin yüksək borc yükünə malik özəl sektoruna ciddi təzyiq göstərir. Həmçinin türk banklarının maliyyə ilə təmin olunması risklərini artırır.

"Moodychr("39")s" də 1 iyunda yenidən baxdığı nəticələri tamamlayaraq Türkiyənin uzunmüddətli reytinqini "Ba3"dən "Ba2"ə endirib.  Türkiyənin reytinqlər proqnozu "mənfi" olaraq qiymətləndirilib.

"Reytinqlərin azaldılmasında həlledici rol oynayan faktor Türkiyənin dövlət təsisatlarının zəifləməsi və hökumət siyasətinin ona uyğun olaraq pisləşən proqnozlaşdırılmasıdır. 

Vəziyyəti Mərkəzi Bankın müstəqilləşməsi ətrafında cərəyan edən qorxu və bir neçə gün əvvəlki maliyyə böhranının aradan qaldırılmasının dəqiq və etibarlı planının yoxluğu çətinləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31