Avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb
16 Avqust 2018 18:02 İqtisadiyyatBakı Nəqliyyat Agentliyinin (BNA) müdaxiləsi ilə paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb.
Bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O bildirib ki, hazırda ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün şərait yaradılır.
report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31