İqtisadiyyat

Manatın məzənnəsi hansı istiqamətdə inkişaf edə bilər?

17 Mart 2017 13:39

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot stavkasının artırmasına baxmayaraq manat yenidən dəyər qazanmaqdadır. Son illər ilk dəfə olaraq FED-in qərarı valyuta bazarımızda dollara olan tələbi, demək olar artırmadı. Martın bayramlar ayı olmasına baxmayaraq idxala artan tələb bazarın xarici valyuta təklifi ilə tənzimlənir. Beynəlxalq Bankın hərraclarda zəif iştirakı da dollara olan tələbin tənzimlənməsinə imkan yaradır. Praktik olaraq, Beynəlxalq Bank valyuta bazarındakı tələbə təsir edə biləcək əsas bankdır. Adıçəkilən bankın valyuta bazarındakı passiv mövqey də dollara tələbin yüksəlməsinin qarşısını alır və nəticədə manat möhkəmlənir.

Dolların bahalaşması onun cəlbediciliyini daha da artırır

17 Mart 2017 12:07

“Bahalı dollar siyasəti ABŞ iqtisadiyyatına əlavə kapital axınını təmin edə biləcək ən yaxşı vasitələrdən biridir. Dünyanın ən dayanıqlı valyutası olan dolların bahalanması onun cəlbediciliyini daha da artırır”.

Tillerson Ankaraya gedəcək Ərdoğan-Tramp görüşünə hazırlıq

17 Mart 2017 11:34

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ABŞ-ın xarici işlər naziri Reks Tillersonun 30 mart tarixində Türkiyəyə səfər edəcəyini deyib.  Çavuşoğlu “Habertürk” telekanalında qatıldığı proqramda gündəmi dəyərləndirərkən, bu barədə fikir bildirib. ABŞ-dan Türkiyəyə yaxın zamanlarda Amerika hökumətinin yüksək rütbəli nümayəndəsinin ziyarət edib-etməyəcəyi sualını cavablandıran Türkiyə XİN rəhbərinin sözlərinə görə, Tillerson martın 30-da bu ölkəyə səfər etmək istəyində olduğunu bildirib.

Bakı qəsəbələrində güzəştli kreditlər hesabına müasir istixana kompleksləri yaradılır

16 Mart 2017 18:12

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Vüqar Bayramov: "Manatı möhkəmləndirmək üçün məzənnə stabilliyinə nail olmaq lazımdır"

16 Mart 2017 16:08

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot stavkasını artırmasına baxmayaraq, manat yenidən dəyər qazanmaqdadır. Son illər ilk dəfə olaraq FED-in qərarı valyuta bazarımızda dollara olan tələbi, demək olar, artırmadı.

FED-in qərarı manatın məzənnəsinə təsir etməyəcək

16 Mart 2017 15:37

Ötən gün Birləşmiş Ştatların almış olduğu qərar yenidən beynəlxalq maliyyə bazarlarında hərəkətlilik yaradıb. Bu hərəkətlilik Azərbaycanda da müşahidə edilməkdədir. Söhbət ABŞ-ın Federal Ehtiyyat Sisteminin (FED) yenidən baza faiz dərəcəsini artırmasından gedir. Xəbərlərdən də aydın olduğu kimi Birləşmiş Ştatların Federal Ehtiyyat Sistemi baza faiz dərəcəsini artıraraq 1 faizə çatdırıb. Okeanın o tayında atılmış addımın Azərbaycanın maliyyə bazarlarına ciddi şəkildə təsir gstərəcəyi barədə müxtəlif proqnozlar səsləndirilir. Hətta, milli valyutanın yenidən Birləşmiş Ştatlar dollarına nisbətən kəskin şəkildə ucuzlaşacağı təhlükəsindən də danışılır. Ancaq bunun əksini söyləyənlər də var.

Evlilik proqramları bağlanır: "Lazım deyil o reytinq"

16 Mart 2017 12:46

Türkiyənin baş nazir köməkçisi Numan Kurtulmuş evlilik proqramlarının tamamilə yayımdan qaldırılması ilə bağlı son nöqtəyə gəlindiyini deyib. O, "bu şikayətlər bizə, prezidentə gəlir. Hazırda üzərində işləyirik. Qərarın ümumi tələbləri qarşılayacağına ümid edirik" deyib.

Sahibkarlardan elektron qaimə-faktura tələb ediləcək

15 Mart 2017 18:10

Nazirlər Kabineti “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nı təsdiqləyib. Qaydaya əsasən, Azərbaycanda elektron qaimə-fakturanın təsdiq edilmiş forma va rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçotunun aparılması və tətbiqi Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.

Nazirlik proqnoza 105,2% əməl edib

15 Mart 2017 16:38

Yanvar-fevral aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, 2017-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 939 milyon 138,2 min manat məbləğində vəsait ödənilib və Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 105,2% əməl olunub. Hesabat dövründə 68 172 vergi ödəyicisi qeydiyyata alınıb ki, bunun da 492-si ƏDV ödəyiciləridir.

Karmran Babayev: "Türkiyədə 2 mindən çox holland şirkəti fəaliyyət göstərir"

14 Mart 2017 17:44

Türkiyə və Niderland arasında iqtisadi əlaqələri zəngin münasibətlər kimi xarakterizə etmək olar. Bu sözləri millət vəkili Kamran Bayramov deyib.

Rusiya Türkiyədən pomidor və xiyar idxalını azaltmaq niyyətindədir

14 Mart 2017 17:30

Rusiya Türkiyədən yalnız az tapılan məhsulların idxalını həyata keçirəcək. Bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçyov bildirib. Digər kənd təsərrüfatı məhsullarının idxal olunması məsələsinə gəldikdə isə, nazir vurğulayıb ki, pomidor və xiyar kimi tərəvəzlərlə Rusiya özü-özünü təmin etməlidir.

Azərbaycan-Ukrayna iqtisadi əlaqələri müzakirə edilib

14 Mart 2017 14:00

Azərbaycan nümayəndə heyəti Ukraynada səfərdədir. İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinə rəsmilərlə yanaşı, 40-a yaxın iş adamı daxildir. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə,  səfərin ilk günü – martın 13-də İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın Baş naziri Vladimir Qroysman ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin tarixi dostluq və qarşılıqlı əməkdaşlığa əsaslandığını, əlaqələrin inkişafında Azərbaycan və Ukrayna dövlət başçılarının siyasi iradəsinin önəmini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Vergilər Nazirliyinə edilən müraciətlərin sayı azalıb

14 Mart 2017 13:58

2017-ci ilin fevral ayı ərzində vergi orqanlarına 9 031 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3% azdır.

Hollandiya-Türkiyə iqtisadi münasibətləri hansı səviyyədədir?

14 Mart 2017 13:35

Hollandiya-Türkiyə iqtisadi əlaqələrinə nəzər saldıqda şahid oluruq ki, hər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6,1 milyard dollardır. Bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Neftin qiymətlərindəki qeyri-müəyyənlik nə vəd edir?

14 Mart 2017 13:17

2015-ci ildən dünya bazarlarında neftin qiymətlərində baş verən qeyri-müəyyənlik günümüzdə də davam etməkdədir. Aradan keçən zaman kəsimində bir neçə dəfə neftin dünya bazarlarındakı qiyməti cüzi artımla müşahidə edilsə də, lakin ötən iki ildə neft öz dəyərini 2015-ci ilə qədər olan dövr səviyyəsinə gətirib çıxara bilməyib. Əsas neft ixrac edən ölkələr dünya bazarlarında neftin bir barrelinin qiymətinin artması istiqamətində çabalar göstərsələr də, lakin ortaya qoyulan cəhdlər müsbət nəticə vermir.