AQTA qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün sərt tədbirlər həyata keçirəcək
7 Sentyabr 2018 11:37 İqtisadiyyatHəyata keçirilən monitorinqlər və yoxlamalar zamanı Bakı ətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında sanitar-gigiyenik tələblərə cavab verməyən, ev şəraitində kustar üsulla balıqların hislənməsi halları aşkar olunmuşdur. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Qida Təhlükəsizliyi Agentliyi yayıb. Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən şəxslərə xəbərdarlıq edir ki, bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığı üçün ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər. Bildirilir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu cür qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31