Baş nazirin I müavini ABŞ-ın iş adamlarını Azərbaycana investisiya qoymağa çağırıb

"Mən ABŞ-ın iş adamlarını Azərbaycana investisiya qoymağa çağırıram". 

Bunu Baş nazirin I müavini Yaqub EyyubovBakıda keçirilən "Azərbaycan Rəqabətlilik Forumu 2018"də deyib. 

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi sabitlik qarşıdakı illərdə də saxlanılacaq. 

"Doing Business" və digər beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyi getdikcə yaxşılaşır. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu qarşıdakı illərdə Azərbaycanda iqtisadı artım proqnozlaşdırır", - hökumət rəsmisi qeyd edib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31