Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib
6 Sentyabr 2018 18:45 İqtisadiyyatBeyləqan rayonunun Əmirzeyidli kəndinə ilk dəfə təbii qaz verilib. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki,183 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 908 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31