Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il mart ayında imzaladığı "Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncama əsasən işlər davam edir. İşlər bir sıra istiqamətdə aparılır. "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyətlə əlaqələr şöbəsindən bildirilib ki, İnfrastruktur Departamentinin "Əsaslı Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemi yenilənir.

"Əsaslı Təmir" MMC-nin rəisi Abbas Qəmbərovun verdiyi məlumata görə, hazırda Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur. Burada 20 ədəd yeni rigel quraşdırılıb və 20 ədəd dayaq basdırılıb. Təmir işləri davam edir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31