Daha 2 ölkədə “Azərbaycan Ticarət Evi” açılacaq

Bu ilin noyabr-dekabr aylarında Polşanın paytaxtı Varşavada və Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Ticarət Evi"nin açılması nəzərdə tutulur. "Olaylar" xəbər verir ki, bu barədə AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib. O, qeyd edib ki, həmçinin ilin sonunda Monqolustan, Rusiya, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Çin, Almaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə ixrac missiyaları həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31