Rusiyada Bakı pomidoruna tələbat artır

2018-ci ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya pomidor idxal edən ölkələr sırasında lider olub. 

Bununla bağlı Rusiya Federal Gömrük Xidməti məlumat yayıb. 

Məlumatlara əsasən, Mərakeş bu siyahıda ikinci, Çin üçüncü olub. 

Ötən illərlə müqayisədə bu dəfə Türkiyə siyahıda 6-cı yeri tutub. 5 ayda Türkiyədən Rusiyaya 26,6 milyon dollar dəyərində 22,9 min ton pomidor idxal edilib. 

Xatırladaq ki, Türkiyənin 2015-ci ildə Rusiyaya məxsus Su-24 qırıcısını vurmasından sonra türk pomidorunun Rusiyaya idxalı qadağan olunmuşdu. Bu qadağa 2018-ci il mayın 1-də ləğv edilib. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31