Regional proqramlar dağ rayonlarının infrastrukturunu yaxşılaşdırıb
24 İyul 2018 15:54 İqtisadiyyatArtıq 14 ildir ki, həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində olduğu kimi dağ rayonlarında da uğurla reallaşdırılıb. Bu gün dağ rayonu olan Qubanın timsalında bunu aydın görmək mümkündür. İstər 2004-2008-ci illəri əhatə edən birinci, istər 2008-2012-ci illəri əhatə edən ikinci, istərsə də 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramları çərçivəsində müsbət nəticələrlə yadda qalan işlər və həyata keçirilən tədbirlər belə deməyə əsas verir. Elə təkcə sonuncu, üçüncü Dövlət Proqramı çərçivəsində Qubada görülən işlərə diqqət etdikdə bunun əyani şahidi oluruq. Belə ki, Dövlət Proqramı çərçivəsində Qubada tikinti, abadlıq və quruculuq istiqamətində planlaşdırılan işlər yerinə yetirilib, əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatının daha da yaxşılaşdırılıb, sosial problemlərin həlli, həmçinin əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının və turizmin inkişafı, mədəni-kütləvi tədbirlərin təşkili və digər sahələr üzrə bir sıra işlər görülüb, lazımi tədbirlər həyata keçirilib.
Təkcə 2016-cı il üçün rayon üzrə əsas sosial-iqtisadi göstəricilərə əsasən ümumi məhsul buraxılışının həcmi 301 milyon 809 min 800 manat olub. Bu da Dövlət Proqramının ilk ili ilə müqayisədə 0,4 faiz artım deməkdir.
Sənaye məhsullarının ümumi həcmi 22 milyon 204 min 700 manat təşkil edib. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artım deməkdir. Həmçinin kənd təsərrüfatı məhsullarının həcmi 140 milyon 241 min 900 manat olub. Ondan əvvlki il, yəni Dövlət Proqramının icrasının birinci ili müqayisədə 0,1 faiz artım deməkdir. Adambaşına düşən pullu xidmətlər isə 347 manat 93 qəpik olub.
Rayonun cəmi gəlirləri 32 milyon 56 min 700 manata qarşı 31 milyon 600 min 600 manat və ya 98,6 faiz icra edilib. Rayonun yerli gəlirləri 12 milyon 737 min manata qarşı 12 milyon 860 min 900 manat və ya 101 faiz icra olunub. Rayonun yerli xərcləri isə 32 milyon 56 min 700 manata qarşı 31 milyon 576 min 700 manat və ya 98,5 faiz icra edilib.
Dövlət Proqramı çərçivəsində rayonda tikinti sektorunda əsas kapitala yönəlik investisiya qoyuluşu 46,6 milyon manat olub ki, bunun da 44,5 milyon manatı dövlət büdcəsindən, 2 milyon manatı isə qeyri-dövlət strukturlarının hesabına olub. Şəhərin 223-cü atıcı diviziyası küçəsində yerləşən "Şəhidlər Xiyabanı" nda başlanmış yenidənqurma işləri başa çatdılıb. Ərazidə aparılan təmir işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsinə xüsusi diqqət yetirilib, yaşıllıq zolağı salınmış və xiyaban ətrafında səliqə-səhman yaradılıb. Burada aparılan yenidənqurma işləri rayon sakinləri tərəfindən dəstəklənib və minnətdarlıqla qarşılanıb.
Heydər Əliyev prospektində "Məhdud fiziki imkanlı insanlar üçün Quba regional informasiya mərkəzi"nin tikintisi başa çatdırılıb. Rayon Mərkəzi Xəstəxanasının 220 çarpayılıq yeni binasının tikintisi həyata keçirilib. Şəhərdə çoxmənzilli binaların bloklarının və fasadlarının təmiri və ərazilərinin abadlaşdırılması işləri həyata keçirilib, Heydər Əliyev, Əzizbəyov küçələrində sıradan çıxmış "Ağlay" üzlüklər dəyişdirilərək yeniləri ilə əvəz olunub. Mərkəzi meydandakı və Heydər Əliyev adına parkdaki fəvvarələr təmir olunaraq işlək vəziyyətə gətirilib, park ərazisindəki üzlük daşları təmir olunub. Səhər ərazisində nəzərdə tutulmuş abadlıq işləri çərçivəsində Sabir, Natəvan küçələrinə, 19-cu, 22-ci, 24-cü, 29-cu və 30-cu məhəllələrdə, həmçinin "Qəçrəş yolu" yaşayış massivindəki küçələrə asfalt örtüyü döşənib. Səhərin küçələrində ümumilikdə 28 min 850 kv. metrdən çox asfaltlaşma işləri görülüb. Rustov-Xanagah-Girdah, Rustov-Nöydün-Şuduq, Rustov-MəckəXacə və Rustov-Bağçalı-Yekdar yolunda tikinti-quraşdırma işləri sürətlə davam etdirilib. Belə ki, Rustov-Bağçəli-Yekdar, Rustov-Məckə Xacə, Cadəri, Hacıağalar, Qam-Qam kəndlərinə aparan yolların tikintisi tamamlanaraq asfalt örtüyü döşənib, Rustov-Xanəgah-Girdah yolunda 10 km məsafədə yol yatağı tikilib, 4 km məsafədə asfalt örtüyü vurulub, körpü keçidləri inşa edilib. Rustov-Nöydün-Şuduq yolunun genişləndirilməsi, yol yatağının hazırlanması işləri başa çatdırılaraq çınqıl döşənib, 2 km məsafədə ikiqat asfalt örtüyü vurulub. Quba-Xaçmaz, Quba-Şabran, Quba-Qusar və Quba-Qonaqkənd avtomobil yollarının bir çox hissələrində sıradan çıxmış asfalt örtüyünün bərpası işləri aparılib. Quba-Amsar-İkinci Nügədi kəndlərinin ərazilərindən keçən avtomobil yolu 8 km məsafədə asfalt vurularaq əsaslı təmir olunub.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Qubada yeni təhsil müəssisələri, məktəb binaları da tikilib istifadəyə verilib. Belə ki, rayonun Məckə-Xacə və Əspərasti kəndlərinin hər birində 180 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib, Ərməki və Çartəpə kəndlərinin hər birində 132 şagird yerlik tam orta məktəb binalarının tikintisi davam etdirilib. Rayonun Zərdabi qəsəbəsindəki valideyn himayəsindən məhrum olmuş internat məktəbində əsaslı təmir işləri və əlavə köməkçi binaların inşası tamamlanaraq istifadəyə verilib. Timiryazev qəsəbəsində 60 yerlik uşaq bağçası-körpələr evinin yeni binasının tikintisində tikinti quraşdırma işləri yekunlaşıb.
Rayon ərazisində olan respublika və yerli əhəmiyyətli yollarda cari təmir işləri aparılıb, yolların aşınmasının qarşısının alınması, şəhərdə küçə və səkilərin bərpası sahəsində bir sıra işlər görülüb. Rayonun qəsəbə və kəndlərində də tikinti, abadlıq və quruculuq işləri həyata keçirilib. Zərdabi, Barlı, Dəlləkli, Timiryazev, Aşağı-Xuc, İsnov, Kələnov, Qorxmazoba, Amsar, Rustov, Küçeyi, Birinci Nügədi və İkinci Nügədi kəndlərində kənddaxili yollara çınqıl döşənərək təmir işləri görülüb və avtomobil yollarının kənarları məişət tullantılarından təmizlənib. Şəhərin Fətəli xan, Sahil və Vaqif küçələrindəki, SMU-30 yaşayış massivindəki kommunal yaşayış evlərinin dam örtüklərində təmir işləri aparılıb, su novlarının sıradan çıxmış hissələri dəyişdirilib.Bundan əlavə bəzi kommunal yaşayış binalarının giriş hissələrində təmir və təmizlik işləri aparılıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində rayon sakinlərinə kommunal xidmətlərin göstərilməsi sahəsində də müəyyən işlər görülüb. Belə ki. əhalinin təbii qazla təminatının yaxşılaşdırılması məqsədilə lazımi tədbirlər həyata keçirilib. Hesabat dövründə 1813 yeni fərdi yaşayış evi qazlaşdırılaraq məişət qaz sayğacları ilə təmin olunub. Qeyri əhali üzrə isə 41 yeni abonent qeydiyyata alınıb. 523 nəfər əhali abonenti üçün "SMART" tipli sayğac quraşdırılıb. Hesabat dövrü ərzində rayonun Püstəqasım, Dəhnə, Hacıağalar, Qamqam, Cədəri, Kələdağ kəndlərinin təbii qazla təmin olunması işləri başa çatdırılıb. Beləliklə, rayon üzrə 59 yaşayış məntəqəsi (38 faiz) artıq təbii qazla təmin olunub.
Əhalinin içməli suya olan tələbatının tam ödənilməsi məqsədilə Dövlət Proqramı çərçivəsində müvafiq tədbirlər görülüb. Belə ki, əsasən rayonun kənd və qəsəbələrində əhalinin içməli su ilə bağlı çətinliklərini nəzərə alaraq rayonun Aşağı Atuc, Mirzəqışlaq, Zərdabi, Pirvahid və İkinci Nügədi kəndlərinin hər birində 1 ədəd artezian su quyularının qazılaraq əhalinin istifadəsinə verilməsi işləri davam etdirilib. Alpan, Hacıhüseynli, Aşağı Atuc, Birinci Nügədi, Talabıqışlaq, Küpçal, Çiçi, Əlibəyqışlaq, Zizik, Qəçrəş, Gədikqışlaq, Qarxun və digər kəndlərdə içməli su təminatının yaxşılaşdırılması məqsədilə lazımi tədbirlər görülüb. Quba şəhəri ərazisində mövcud olan çoxmərtəbəli kommunal evlərin binadaxili kanalizasiya şəbəkələrinin yeni magistral xətlərə birləşdirilməsi işi başa çatdırılıb. Quba Su-kanal İdarəsi tərəfindən 9911 abonentə xidmət göstərilir. Xidmət göstərilən abonenetlərin 9486-sı əhali, 425-i isə qeyri-əhali abonentləridir. Su və kanalizasiya xidməti göstərilən əhalinin ümumi sayı 24 min 176 nəfərdir. 2016-cı təsərrüfat il ərzində istehlakçılara 779 min manatlıq su və kanalizasiya xidməti göstərilib, 617 min 305 manat, yəni 81,77 faiz xidmət haqqı yığılıb. Rayonda rabitə xidmətinin yaxşılaşdırılması, internet texnologiyalarının tətbiqi istiqamətində də müəyyən işlər görülüb. Geniş zolaqlı internet xidmətinə olan tələbat nəzərə alınaraq Birinci Nügədi, Dəlləkli, Vəlvələ, Qəcərzeyid, Güləzi, Hacıhüseynli, Küpçal, Rustov, Çiçi, Zərqova, Alekseyevka, Talabıqışlaq, Zərdabi, Vladimirovka və Alpan kənd EATS-lərdə müasir avadanlıqlar quraşdırılıb və əhalinin daha keyfiyyətli telefon və internet xidmətləri ilə təmin edilmələri üçün lazımi tədbirlər görülüb.
Hazırda da Dövlət Proqramının icrası Qubada uğurla davam etdirilir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir